Xəzər Xəbər

AÇG və "Şahdəniz"dən indiyədək 540 mln. tondan çox neft və kondensat hasil edilib

İqtisadiyyat | 09:31 • 9 İyul 2020
AÇG və "Şahdəniz"dən indiyədək 540 mln. tondan çox neft və kondensat hasil edilib

"Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokundan (AÇG) və "Şahdəniz" qaz-kondensat yatağından yataqları istismara veriləndən 1 iyul tarixinədək ümumilikdə 541,2 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.


Energetika Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, hesabat dövrü AÇG-dən 512,6 mln. ton, "Şahdəniz"dən isə 28,6 mln. ton kondensat hasil edilib.


Məlumata əsasən, AÇG və "Şahdəniz" yataqları istismara veriləndən 2020-ci ilin 1 iyul tarixinədək 541,1 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Xəbər lenti