Xəzər Xəbər

Birləşmiş Ştatların sutkalıq neft hasilatı bu il 11,6 milyon barrel olacaq

İqtisadiyyat | 12:59 • 8 İyul 2020
Birləşmiş Ştatların sutkalıq neft hasilatı bu il 11,6 milyon barrel olacaq

ABŞ-ın cari il üzrə gündəlik xam neft istehsalının 11,6 milyon barrel olacağı gözlənilir.


ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, gələn il isə Birləşmiş Ştatların neft hasilatının sutkada 11 milyon barrelə düşəcəyi nəzərdə tutulur.


Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.

Xəbər lenti