Xəzər Xəbər

FED növbəti toplantılarının təqvimini açıqlayıb

İqtisadiyyat | 16:37 • 3 İyul 2020
FED növbəti toplantılarının təqvimini açıqlayıb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) bu il keçiriləcək növbəti 4 iclası iyulun 28-29-u, sentyabrın 15-16-sı, noyabrın 4-5-i və dekabrın 15-16-da baş tutacaq.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, FED yazılı açıqlamasında Federal Açıq Bazar Komitəsinin (FOMC) gələn il keçiriləcək iclaslarının tarixini elan edib. Hər il olduğu kimi, FOMC gələn il də 8 dəfə görüşəcək.


Qeyd edilib ki, 2021-ci ildə FOMC iclaslarının tarixləri aşağıdakı kimidir: yanvarın 26-27-si, martın 16-17-si, aprelin 27-28-i, iyunun 15-16-sı, iyulun 27-28-i, sentyabrın 21-22-si, noyabrın 2-3-ü və dekabrın 14-15-i.

Xəbər lenti