Xəzər Xəbər

Neft əvvəlki qiymətlərə nə vaxt qayıdacaq? - Tarix göstərildi

İqtisadiyyat | 14:57 • 2 İyul 2020
Neft əvvəlki qiymətlərə nə vaxt qayıdacaq? - Tarix göstərildi

Neft bazarında COVİD-19-la bağlı vəziyyətdən çıxıb toparlanmanın 2022-ci ildə baş verəcəyi təxmin edilir.


Bu barədə ABŞ-ın "Goldman Sachs" şirkətinin hesabatında qeyd edilir.


Hesabatda qlobal neft tələbinin yeni tip koronavirus öncəsi səviyyəyə qayıtmasının ən tezi 2022-ci ildə baş verəcəyi ehtimal olunur.


Bildirilir ki, qlobal neft tələbi 2020-ci ildə 2019-cu illə müqayisədə 8 faiz azalacaq, növbəti ildə isə 6 faiz artacaq. Bu ilin iyun ayında neft tələbinin ötən ilin eyni ayı ilə müayisədə 12 faiz azaldığına işarə edən araşdırmada Çin və Hindistan kimi böyük Asiya iqtisadiyyatlarının toparlanmasından sonra neftə tələbatın çoxalacağı vurğulanır.


"Goldman Sachs" Brent markalı neftin bir barelininyaxın gələcəkdə ortalama 35, 2022-ci ildə isə 55 dollara qədər qalxacağını önə sürür./Teleqraf.com

Xəbər lenti