Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları kəskin azaldı

İqtisadiyyat | 11:46 • 2 İyul 2020
ABŞ-ın neft ehtiyatları kəskin azaldı

Ötən həftənin yekunlarına görə (22-26 iyun), ABŞ-ın kommersiya neft ehtiyatları 7,19 mln. barel azalaraq 533,53 mln. barel təşkil edib.


XəzərXəbər "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.


Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 0,71 mln. barel azalacağını proqnozlaşdırırdı.


Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Xəbər lenti