Xəzər Xəbər

Evdən mebel oğurlayan Masallı rayon sakini saxlanılıb

İqtisadiyyat | 15:20 • 1 İyul 2020
Evdən mebel oğurlayan Masallı rayon sakini saxlanılıb

Səbail rayonunda oğurluqla məşğul olan şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyunun 19-da Səbail rayonunun Badamdar qəsəbəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23 min manat dəyərində mebel oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.


Oğurluq etdiyinə görə tutulmuş E.Rüstəmovun ətrafında Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha beş nəfərin velosipedlərini və iki avtomobildən pul, məişət əşyaları, maqnitofon oğurlaması da müəyyən edilib.


Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti