Xəzər Xəbər

"Azərişıq": 2005-2010-cu illərdə quraşdırılmış elektrik sayğaclarının istismar müddəti bitmək üzrədir

İqtisadiyyat | 16:56 • 30 İyun 2020
"Azərişıq": 2005-2010-cu illərdə quraşdırılmış elektrik sayğaclarının istismar müddəti bitmək üzrədir

"2005-2010-cu illərdə istismara verilən elektrik sayğaclarının istismar müddətinin bitməsi yaxınlaşmaq üzrədir".


Bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.


Onun sözlərinə görə, hazırda bu sayğacların dəyişməsi ilə bağlı işlər aparılır: "İstismarda iki tip sayğac mövcuddur. Onlar həm kart, həm də SMS tipli sayğaclardır. Hazırda bizim anbarda olan sayğaclar "PoudRaad" şirkətinin sayğaclarıdır".


Q. Həmidov həmçinin əlavə edib ki, ümumilikdə, müəssisə üzrə 550 mindən çox smart sayğac istismardadır, onlardan 300 mindən çoxu "PoudRaad" tipli sayğaclardır.

Xəbər lenti