Xəzər Xəbər

Pandemiya dövründə idxalın azalması 5 faiz ətrafında müşahidə edilir - Mikayıl Cabbarov

İqtisadiyyat | 11:59 • 30 İyun 2020
Pandemiya dövründə idxalın azalması 5 faiz ətrafında müşahidə edilir - Mikayıl Cabbarov

Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması 5 faiz ətrafında müşahidə edilir.


Bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.


Onun sözlərinə görə, ixrac əməliyyatında da azalma müşahidə edilir:


"Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir".


Nazir qeyd edib ki, pandemiyamın Azərbaycan iqtisadiyyata nə qədər zərər vurması barədə danışmaq hələ tezdir:


"Hazırda bu proses davam edir. Hesablamamlar aparılır".

Xəbər lenti