İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib.
Bu barədə bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, platforma Elektron Kredit Platforması ( e-edf.gov.az) adlanır:
"Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.
Platforma pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edir, sahibkarlar 3 mln. manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq"