Xəzər Xəbər

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

İqtisadiyyat | 15:56 • 29 İyun 2020
Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır.


"Azərbaycan Dəmir Yolları” QSC-dən xezerxeber.az-a bildirilib ki, sərnişin sayının azalması ilə əlaqədar iyunun 30-dan etibarən aşağıdakı elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır:


- Bakıdan saat 16:20-də yola düşən 6609 Bakı-Pirşağı-Sumqayıt qatarı


- Bakıdan saat 18:55-də yola düşən 6021 Bakı-Xırdalan-Sumqayıt qatarı


- Sumqayıtdan saat 17:13-də yola düşən 6018 Sumqayıt-Xırdalan-Bakı qatarı


- Sumqayıtdan saat 20:43-də yola düşən 6030 Sumqayıt-Xırdalan-Bakı qatarı

Xəbər lenti