Xəzər Xəbər

“İkinci dalğa baş verməsə, ilin sonunadək...” – Qrefdən kritik açıqlama

İqtisadiyyat | 15:26 • 29 İyun 2020
“İkinci dalğa baş verməsə, ilin sonunadək...”

"2020-ci ilin sonuna qədər Rusiya rublu bir dollar üçün 60-62 rubl səviyyəsində möhkəmlənə bilər”.

Bunu "Sberbank”ın baş direktoru German Qref  TASS-a müsahibəsində bildirib.

"Milli valyutamız neftin qiyməti ilə sıx bağlıdır və proqnozlaşdırmaq çətindir. Mən köhnə və təcrübəli analitiklərdən biri olan Henri Qroubeyə güvənirəm. O, ilin sonuna qədər neftin 60-62 dollar olacağını deyir”, - Qref qeyd edib.

Bununla yanaşı, o qeyd etdi ki, bu günə qədər olan meyllər belədir, lakin koronavirusla bağlı vəziyyətin necə inkişaf edəcəyini heç kim bilmir: "İkinci dalğa baş verərsə, rubl dalğalanmağa başlaya bilər”./teleqraf

Xəbər lenti