Xəzər Xəbər

“Azərbaycan” İES həm də mazutla işləyə bilir

İqtisadiyyat | 14:08 • 27 İyun 2020
“Azərbaycan” İES həm də mazutla işləyə bilir

"Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) ölkədə fəaliyyət göstərən yeganə elektrik stansiyasıdır ki, həm də mazutla işləyə bilir. Ona görə də burada mazut təsərrüfatı mövcuddur. Belə ki, burada növbəli şəkildə mazut təsərrüfatı tikilib.


Xezerxeber.az xəbər verir ki, bu sözləri "Azərenerji” ASC-nin vitse-prezidentinin müavini Vüqar Şahmuradov deyib.


V.Şahmuradovun sözlərinə görə, İES-in ərazisində bu günə qədər 18 mazut çəni tikilib: "İlkin mərhələdə 6 çən, sonrakı mərhələdə də 6 çən inşa edilib və ümumilikdə 12 çən mövcud idi. 2019-cu ildə İES-in ərazisində daha 6 çən istifadəyə verilərək ümumi çənlərin sayı 18-ə çatdırıldı. Bundan əlavə mazut təsərrüfatının yanğınsöndürmə sistemi tam yenidən quruldu. Belə ki, köpüklə avtomatik yanğınsöndürmə sistemi qurularaq istifadəyə verildi. Mazutdan ehtiyat yanacaq kimi istifadə olunur. Hazırda ehtiyatımız 245 min ton mazutdur. Əgər hər hansı səbəbdən qaz təchizatı dayanarsa və bu mazut ehtiyatı stansiyanın 1 ay müddətində tam gücü ilə işləməsinə imkan yaradır”.

Xəbər lenti