Xəzər Xəbər

Kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat | 12:35 • 26 İyun 2020
Kredit kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin may ayı ərzində 133 mln. manat həcmində əməliyyat həyata keçirilib.


Xezerxeber.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 24,3% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,3% azalma qeydə alınıb.


May ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 33 mln. manatı ATM, 55 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 35 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.


Beləliklə, ölkədaxili əməliyyatların həcmi 123 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 28,1% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,8% azdır.


AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 11 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 10% artıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 31,2% azalıb.

Xəbər lenti