Xəzər Xəbər

Lisenziyası ləğv olunan 4 bankın əmanət portfeli açıqlanıb

İqtisadiyyat | 14:04 • 25 İyun 2020
Lisenziyası ləğv olunan 4 bankın əmanət portfeli açıqlanıb

Lisenziyası ləğv olunan 4 bankın əmanət portfeli açıqlanıb.


Xezerxeber.az xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev iyunun 25-də keçirdiyi mətbuat konfrasında "Amrah Bank”da sığortalı əmanətlərin sayının 17 min nəfər olduğunu bildirib. Bu əmanətçilər üzrə 144,9 milyon manatlıq kompensasiya ödənməsi nəzərdə tutulur. "Ata Bank”da 25,6 min nəfər əmanətçi sayı var. Ümumi 254,4 milyon manat kompensasiya ödəniləcək. "AG Bank”da 22,8 min nəfər əmanətçiyə 134,2 milyon manatlıq kompensasiya verilməsi planlaşdırılır. "NBC Bank”da əmanətçi sayı 8,7 min nəfərdir və cəmi kompensasiya ediləcək əmanətlərin məbləği 134,2 milyon manatdır. İyunun 1-dən və 16-dan müvafiq olaraq ödənişlər həyata keçirilməyə başlanıb. İyunun 24-nə banklar üzrə 7 min 548 nəfərə 83,9 milyon manatlıq əmanətlər üzrə kompensasiya ödənilib.

Xəbər lenti