Xəzər Xəbər

SOCAR bu il 569 min ton neft ixrac edib

İqtisadiyyat | 10:33 • 24 İyun 2020
SOCAR bu il 569 min ton neft ixrac edib

SOCAR cari ildə 569 min ton neft ixrac edib.

Energetika Nazirliyindən xezerxeber.az-a bildirilib ki, yanvar-may aylarında ölkədən 12,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu, ötən ilin eyni aylarına nisbətən 468 min ton azdır.

Neft-kondensatın 12 milyon tonu konsorsium, 569 min tonu isə SOCAR üzrə ixraca nəql olunub.

Xəbər lenti