Xəzər Xəbər

Qlobal ticarət 18,5 faiz azala bilər

İqtisadiyyat | 15:59 • 23 İyun 2020
Qlobal ticarət 18,5 faiz azala bilər

Bu ilin II rübündə yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən qlobal ticarət 18,5% azala bilər.


Bu barədə məlumat Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında yer alıb. 


Məlumata əsasən, bu ilin I rübündə dünya üzrə ticarət 3% azalıb. İlkin proqnozlara görə, virus və bununla əlaqədar olan özünü təcridetmə tədbirləri əhalinin əhəmiyyətli hissəsinə təsir göstərdiyi II rüb üçün bu göstərici 18,5% səviyyəsində olacaq.

Mütəxəssislər qeyd edir ki, bu, tarixdə ən böyük azalma olsa da, vəziyyət bundan da pis ola bilərdi.

Xəbər lenti