Xəzər Xəbər

Bugünkü valyuta hərracında 33 mln. dollar satılıb

İqtisadiyyat | 12:36 • 23 İyun 2020
Bugünkü valyuta hərracında 33 mln. dollar satılıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.


AMB-dən xezerxeber.az-a verilən xəbərə görə, hərracda tələb 33 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (18 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 22,7% və ya 6,1 mln. dollar artıb.


Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti