Xəzər Xəbər

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncüdür

İqtisadiyyat | 17:18 • 19 İyun 2020
Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncüdür

Cari ilin yanvar-may ayları ərzində Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 409,1 milyon dollar təşkil edib.

Bu barədə Gürcüstan Milli Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında dördüncü yerdədir.

Siyahıda birinci yerdə 560,6 milyon dollarla Türkiyə, ikinci yerdə 494,0 milyon dollarla Rusiya, üçüncü yerdə 443,2 milyon dollarla Çin qərarlaşıb.

Xəbər lenti