Xəzər Xəbər

Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi təminatçısıdır

İqtisadiyyat | 16:23 • 16 İyun 2020
Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi təminatçısıdır

Gürcüstan cari ilin yanvar-may aylarında 786,96 milyon kilovat/saat elektrik enerjisi tədarük edib. Gürcüstan həmin həcmin 415,87 milyon kilovat/saatını Azərbaycandan alıb.


Bu barədə "Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru”nun (ESCO) hesabatında deyilir. Bildirilir ki, Azərbaycandan idxal olunan elektrik enerjisinin həcmi Gürcüstanın hesabat dövründə tədarük etdiyi elektrik enerjisinin ümumi həcminin 53 faizini təşkil edib.


Bu ilin ilk 5 ayı ərzində Gürcüstanın ikinci əsas elektrik enerjisi tədarükçüsü Rusiya olub. Gürcüstan hesabat dövründə Rusiyadan 371,08 milyon kilovat/saat elektrik enerjisi alıb.

Xəbər lenti