Xəzər Xəbər

Bugünkü hərracda dolların məzənnəsi məlum olub

İqtisadiyyat | 13:48 • 16 İyun 2020
Bugünkü hərracda dolların məzənnəsi məlum olub

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.


AMB-dən xezerxeber.az-a verilən xəbərə görə, hərracda tələb 30,9 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (11 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 24,1% və ya 9,8 mln. dollar azalıb.


Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Xəbər lenti