Xəzər Xəbər

Gürcüstanda bu gündən daxili turizm bərpa olunur

İqtisadiyyat | 15:55 • 15 İyun 2020
Gürcüstanda bu gündən daxili turizm bərpa olunur

Gürcüstanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin yumşaldılmasının növbəti mərhələsi başlayıb.

İyunun 15-dən etibarən ölkədaxili turizm tam bərpa olunub.

Bundan başqa, dəmir yolu ilə sərnişin daşımaları da işə düşüb.

İyunun 8-dən etibarən isə ölkədə restoran və kafelərin, hotellərin və valyutadəyişmə məntəqələrinin işi bərpa olunmuşdu.

Qeyd edək ki, beynəlxalq turizmin iyulun 1-dən açılması gözlənilir.

Gürcüstan Səhiyyə Nazirliyi ictimai iaşə müəssisələrinə və hotellərə müəyyən tövsiyələr verib.

Kafe və restoran maska taxmaq və iki metr məsafə saxlamaq zəruridir. Stol arxasında ən çox 6 nəfər otura bilər.

Hotellərə gəldikdə isə, yalnız Səhiyyə Nazirliyinin yoxlamasından keçən hotellər fəaliyyətini bərpa edəcək.

Bu günədək Gürcüstanda 879 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb.

Xəbər lenti