Xəzər Xəbər

Koronavirusun dünya daşınmaz əmlak bazarına təsiri hesablandı

İqtisadiyyat | 16:08 • 10 İyun 2020
Koronavirusun dünya daşınmaz əmlak bazarına təsiri hesablandı

Qlobal daşınmaz əmlak icarəsi bazarının həcmi 2020-ci ildə 1,79 trilyon dollara qədər arta bilər.

Bu barədə "Research and Markets” portalında yayımlanan araşdırmada bildirilib.

Açıqlanan məlumatlara görə, 2019-cu ildə bazarın həcmi 1,76 trilyon dollar təşkil edib. 2020-ci ildə bu məbləğin 1,6 faiz artacağı gözlənilir. Artımın bu qədər zəifləməsi koronavirus pandemiyasının təsiri ilə ortaya çıxan iqtisadi problemlərlə izah olunur.

Mütəxəssislər 2021-ci ildə kirayə bazarında qiymətin yüksəlməsinin bərpa olunacağını proqnozlaşdırırlar. 2023-cü ilə gözləntilərə görə, bazarın həcmi 2,22 trilyon dollara çatacaq.

2019-cu ildə əmlak icarəsi bazarının 32 faizi Asiya-Sakit Okean bölgəsində cəmləşmişdi, Qərbi Avropanın payı isə 29 faiz idi.

Bundan əvvəl, mart ayında koronavirus pandemiyası səbəbindən bir sıra ölkələrdə mənzilə tələbatın artdığı bildirilmişdi. Hazırda investorları ilk növbədə ABŞ, Karib hövzəsi ölkələri, İspaniya, Böyük Britaniya və Almaniyadakı obyektlər maraqlandırır./oxu.az

Xəbər lenti