Xəzər Xəbər

Dünya Bankı hesabat yaydı: İkinci Dünya Müharibəsindən sonra ən dərin durğunluq...

İqtisadiyyat | 17:25 • 9 İyun 2020
Dünya Bankı hesabat yaydı:

Dünya Bankı Qlobal İqtisadi Proqnozlar Hesabatının 2020-ci ilin iyun sayını dərc edib.

"Cumhuriyet” xəbər verir ki, hesabatda bu ilqlobal iqtisadiyyatın 5,2 faiz azalacağı bildirilir.

Qeyd olunur ki, koronavirus pandemiyasının yaratdığı sürətli və böyük şok, həmçinin virusun yayılmasına qarşı görülən tədbirləriqtisadiyyatı ciddi daralmaya sürükləyib.

Bu, İkinci Dünya Müharibəsindən sonra baş vermişən dərin durğunluqdur.

Bankın hesabatında 2021-ci il üçün qlobal iqtisadi artım proqnozu 2,6 faizdən 4,2 faizə qədər artırılıb.

İnkişaf etmiş ölkələrdə daxili tələb və təklif, ticarət və maliyyədə ciddi pozulmaların olduğu bildirilən hesabatda bu ölkələrin iqtisadiyyatının 2020-ci ildə orta hesabla 7 faiz azalması, gələn il isə 3,9 faiz böyüməsi gözlənilir.

İnkişaf etmiş ölkələr qrupunda olan ABŞ iqtisadiyyatının bu il 6,1 faiz azalacağı, gələn il 4 faiz artacağıproqnozlaşdırılır.

Digər tərəfdən, avro zonası iqtisadiyyatının bu il 9,1 faiz nisbətində tənəzzül edəcəyi və gələn il 4,5 faiz yüksələcəyi qeyd olunur.

Bu il Yaponiya iqtisadiyyatı 6,1 faiz azalsa da, gələn il onun 2,5 faiz artacağı proqnozu da hesabata daxil edilib.

İnkişaf etməkdə olan ölkələrdə bu il orta hesabla adambaşına düşən gəlirin 3,6 faiz azalmasının gözlənildiyi və həmin vəziyyətin milyonlarla insanın ifrat yoxsulluq səviyyəsinə düşəcəyinə səbəb olacağı bildirilir. İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında 2021-ci ildə 4,6 faiz artım proqnozlaşdırılır.

Bu qrupdakı ölkələr arasında Çinin cari il üçün iqtisadi artım proqnozu 5,9 faizdən 1 faizə endirilib. Çin iqtisadiyyatının gələn il 6,9 faiz artacağı güman olunur.

Rusiya iqtisadiyyatının bu il 6 faiz azalması gözlənilsə də, 2021-ci ildə 2,7 faiz artacağı təxmin edilir. Hindistan iqtisadiyyatının bu il 3,2 faiz azalmasına baxmayaraq, gələn il onun 3,1 faiz artacağı proqnozlaşdırılır.

Hesabatda Türkiyə iqtisadiyyatının bu il 3,8 faiz azalacağı, 2021-ci ildə 5 faiz artacağı təxmin olunur.

Xəbər lenti