Xəzər Xəbər

Taxıl biçini: Ən yüksək məhsuldarlıq bu rayonlardadır

İqtisadiyyat | 15:23 • 9 İyun 2020
Taxıl biçini:

Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilir ki, iyunun 9-dək 115328 hektar sahədə biçin aparılıb. Bunların 114472 hektarı arpa, 856 hektarı buğda sahələridir.

Ümumilikdə bu günə qədər sahələrdən 344545,6 ton məhsul yığılıb ki, bunun 341855,6 tonu arpa, 2690 tonu buğdadır. Orta məhsuldarlıq arpa üzrə 29,9 sent/ha, buğda üzrə 31,4 sentha təşkil edir. Hazırda 36 rayonda taxıl biçini davam edir. Biçin əsasən Aran bölgəsində, qismən isə dağətəyi rayonların aran hissəsində aparılır.

Bu günədək ən yüksək məhsuldarlıq Sabirabad rayonunda qeydə alınıb. Rayonda arpa üzrə orta məhsuldarlıq 38,1 sentner təşkil edir. Salyan (38 sentner), İmişli (37,9 sentner), Saatlı (37,8 sentner), Samux (37,8 sentner), Ağdam (36,7 sentner) və Tərtər (34,2 sentner) rayonlarının arpa sahələrində də yüksək məhsuldarlıq müşahidə olunur.

Qeyd edək ki, bu il Azərbaycanda 1010208 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Sahələrdən 640977,6 hektarında buğda, 369240,4 hektarında arpa əkini aparılıb. Biçin prosesinə ümumilikdə 1700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulur.

Xəbər lenti