Xəzər Xəbər

Bakı metrosuna yeni qatarlar gətirilib - FOTO

İqtisadiyyat | 11:15 • 8 İyun 2020
Bakı metrosuna yeni qatarlar gətirilib -

"Bakı Metropoliteni” QSC-nin bu il üçün sifariş etdiyi 4 yeni qatar Bakıya gətirilib.

Bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ötən il "Metrovaqonmaş” SC ilə imzalanan müqavilədə 3 il müddətində hər il 20 vaqon olmaqla ümumilikdə 60 yeni nəsil vaqonların Bakıya gətirilməsi nəzərdə tutulub. Hər biri 5 vaqondan ibarət olan 4 qatar artıq Bakıdadır. Qatarlar sazlama, tənzimləmə və sınaq işləri həyata keçirildikdən sonra xəttə buraxılacaq.

Xəbər lenti