Xəzər Xəbər

Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib

İqtisadiyyat | 10:21 • 7 İyun 2020
Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib

Qazaxıstan "OPEC +” sazişi çərçivəsində əvvəlki istehsal səviyyəsinin bir ay müddətinə uzadılmasını dəstəkləyib.

Xezerxeber.az xəbər verir ki, "OPEC +” sazişində iştirak edən ölkələrin toplantısında Qazaxıstanın Energetika naziri Nurlan Noqayev qeyd edib ki, mövcud razılaşma, qlobal neft sənayesinə müsbət təsir göstərib və bu da öz növbəsində dünyada neftin qiymətinin sabit artımında müsbət dinamikaya səbəb olub.

Görüşdə tərəflər neft hasilatındakı ümumi azalmanın gündəlik 9,7 milyon barel səviyyəsində bu ilin iyul ayının sonuna qədər uzatmaq qərarına gəliblər.

Qeyd edək ki, Qazaxıstanın Energetika Nazirliyi "OPEC+” sazişi çərçivəsində may-iyun aylarında ölkənin orta və iri yataqlarında neft hasilatını məhdudlaşdırıb. Hasilatın məhdudiyyəti ölkənin orta, iri və nəhəng yataqlarını əhatə edir.

Xəbər lenti