Xəzər Xəbər

Azərbaycanlılar yayda Türkiyəyə istirahətə gedə biləcəklər

İqtisadiyyat | 15:06 • 3 İyun 2020
Azərbaycanlılar yayda

Sərhədlər açılan kimi, Azərbaycan vətəndaşları həm tibbi turizm, həm iş, həm də istirahət məqsədilə Türkiyəyə gedə biləcəklər.

XəzərXəbər xəbər verir ki, bu barədə "Report”a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Hamımız pandemiya səbəbiylə bağlanmış sərhədlərin açılmasını gözləyirik. Sərhədlər açıldıqdan və uçuşlar bərpa olunduqdan sonra Türkiyəyə gedərkən karantinə salınmaq zərurəti olmayacaq, ancaq virusa qarşı mübarizə üzrə lazımi tədbirlər görüləcək”, - diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlikdən həmçinin o da vurğulanıb ki, Türkiyədə artıq şəhərlərarası nəqliyyat əlaqələrinə qoyulan məhdudiyyətlər aradan qaldırıldığından turistlərin ölkənin müxtəlif şəhərlərinə sərbəst şəkildə gedəcəklər.

Daha əvvəl Türkiyənin milli aviadaşıyıcısı olan "Türk Hava Yolları” (THY) şirkəti İstanbul-Bakı-İstanbul reysinin bərpa edilməsi ilə bağlı planlarını açıqlamışdı.

Rubrikanın digər xəbərləri

Xəbər lenti