Xəzər Xəbər

FED bu ölkələrə nəhəng dollar xətti açdı SİYAHI/MƏBLƏĞLƏR

İqtisadiyyat | 09:38 • 21 May 2020
FED bu ölkələrə nəhəng dollar xətti açdı

Mayın 14-nə olan vəziyyətə görə, Fed-in xarici ölkələrin mərkəzi bankları ilə mübadilə mövqeyi 446 milyard dollardan çoxdur.

Fed-in xarici ölkələrin 18 mərkəzi bankları ilə mübadilə mövqeyinin ən böyük hissəsi 224,19 milyard dollar Yaponiya Mərkəzi Bankın (BoJ) payına düşür. Fed və BoJ arasındakı açıq mübadilə mövqeyi ABŞ mərkəzi bankının ümumi mövqeyinin təxminən yarısını təşkil edir.

143,12 milyard dollar ilə BoJ-dən sonra gələn Avropa Mərkəzi Bankı (AMB) Fed-in ümumi mövqelərinin 32 faizini təşkil edir.

Daha sonra 23.13 milyard dollar (5 faiz) ilə İngiltərə Mərkəzi Bankı (BoJ), 18.79 milyard dollar (4 faiz) ilə Cənubi Koreya Mərkəzi Bankı, 10 milyard (2 faiz) ilə İsveçrə Mərkəzi Bankı (SNB) və 9.8 milyard dollar (2 faiz) ilə Sinqapur Mərkəzi Bankı ilə gəlir.(fed.az)

Rubrikanın digər xəbərləri

Xəbər lenti