Xəzər Xəbər

AQTA: “Əkin sahələrində işləyənlər iki metrlik məsafə saxlamalıdır”

İqtisadiyyat | 15:45 • 24 Aprel 2020
AQTA: “Əkin sahələrində işləyənlər iki metrlik məsafə saxlamalıdır”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COVID-19-dan qorunmaq üçün fermerlərin bilməli olduqları bəzi məqamları açıqlayıb.

AQTA-dan verilən məlumata görə, təsərrüfat sahələrində işçilər arasında azı ikimetrlik məsafə saxlanılmalıdır.

Çirkli əllərlə ağız, burun və gözlərə toxunulmamalı, soyuqdəymə və ya qripəbənzər simptomları olan şəxslərlə yaxın təmas qurulmamalıdır.

İş paltarı, boşqab, stəkan, dəsmal və bu kimi digər əşyalar ortaq istifadə edilməməlidir. Eyni zamanda, tək istifadəlik maska, əlcək düzgün çıxarılıb, paketə qoyularaq qapalı zibil qutusuna atılmalı, iş paltarı 60 dərəcə temperaturda yuyucu tozla yuyulmalıdır.

Evə gəldikdə əllər sabunlanaraq, azı 20 saniyə axar su altında yuyulmalıdır.

Xəbər lenti