Xəzər Xəbər

XƏBƏRDARLIQ: Avropanın iqtisadiyyatı çökə bilər

İqtisadiyyat | 10:04 • 24 Aprel 2020
XƏBƏRDARLIQ:

"Avropa koronavirus pandemiyasınının birgə həll yolunu tapa bilməsə, köhnə qitənin iqtisadiyyatı çökəcək”.

Fransa prezidenti Emmanuel Makron Avropa Birliyi ölkələrinin telekonfransında belə xəbərdarlıq edib. O bildirib ki, Avropa bəzi iqtisadi sahələrdə asılı vəziyyətdədir və bu asılılıq aradan qaldırılmalıdır. Makron hesab edir ki, Avropa Birliyinin pandemiyaya qarşı atdığı addımlar yetərli deyil və belə davam edərsə, vəziyyət acınacaqlı hal ala bilər.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin liderləri Avropa iqtisadiyyatına yardım üçün 540 milyard avroluq təcili proqramı təsdiqləyiblər./publika.az

Xəbər lenti