Xəzər Xəbər

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə yeni qanun qəbul etdi Neftə görə...

İqtisadiyyat | 14:18 • 23 Aprel 2020
Səudiyyə Ərəbistanı tarixində ilk dəfə yeni qanun qəbul etdi

Səudiyyə Ərəbistanı hökuməti neftin qiymətlərinin ucuzlaşmasına görə ölkə tarixində ilk dəfə yeni qanun qəbul edib.

Maliyyə naziri Məhəmməd əl-Cadan səyahət və müvəqqəti vəzifələrə ayrılan vəsaitin azaldıldığını, layihələrin təxirə salındığını açıqlayıb.

Nazir böhranın öhdəsindən gəlmək və nəzarət altında saxlamaq mövzusunda maddi gücə sahib olduqlarını, dövlət xərclərini azaltmaq üçün əlavə tədbirlər görməyi qiymətləndirdiklərini söyləyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyasından əvvəl ölkənin xarici borcunun 120 milyard rial (32 milyard dollar) olması gözlənilirdi. Lakin borcun 220 milyard riala (59 milyard dollar) çatacağı gözlənilir: "İlk dəfə qeyri-neft sektorunda neqativ böyümə gözləyirik. Səhiyyə şərtləri imkan versə, iqtisadiyyatı canlandırmaq üçün işlər görürük.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 19 martda neftin qiymətinin düşməsi səbəbilə 2020-ci il dövlət büdcəsini 50 milyard rial (13,3 milyard dollar) kiçildib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti