Xəzər Xəbər

ABŞ-ın neft ehtiyatları 500 mln. bareli ötüb

İqtisadiyyat | 16:17 • 22 Aprel 2020
ABŞ-ın neft ehtiyatları 500 mln. bareli ötüb

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (13-17 aprel) yekunlarına görə, ABŞ-da neft ehtiyatları kəskin artıb.

ABŞ-ın neft ehtiyatları 13,2 mln. barel artaraq 500,17 mln. barel təşkil edib. Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 13,1 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Xəbər lenti