Xəzər Xəbər

Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri

İqtisadiyyat | 15:05 • 22 Aprel 2020
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri
Yanvar-mart aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri arasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 88,5 milyon ABŞ dolları, BƏƏ ilə 9,9 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 3,5 milyon dollar olub. İran və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrünə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə isə artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələridir. İrandan idxalın dəyəri 78,4 milyon dollar, BƏƏ-dən 6,4 milyon dollar, Səudiyyə Ərəbistanından isə 3 milyon dollar təşkil edib. Ölkəmiz Səudiyyə Ərəbistanı və BƏƏ-dən idxalı artırsa da, İrandan idxalı azaldıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti