Xəzər Xəbər

Kommersiya qurumlarının sayı 11,5 faiz artıb

İqtisadiyyat | 12:12 • 22 Aprel 2020
Kommersiya qurumlarının sayı 11,5 faiz artıb

Birinci rübdə ölkə üzrə kommersiya qurumlarının sayı 14 min 801 vahid (11,5 faiz) artaraq 128 min 132 vahid təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xezerxeber.az-a bildirilib ki, qeyri-kommersiya qurumlarının sayı isə 15 min 555 vahid təşkil edib. İlk üç ayda onların sayı 625 vahid (4 faiz) artıb.

Yanvar-mart aylarında xidmət, ticarət, nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub, sənaye, kənd təsərrüfatı və tikintidə çalışacaq hüquqi şəxslərin xüsusi çəkisi isə əksinə azalıb.

Xəbər lenti