Xəzər Xəbər

Qlobal neft tədarükü sutkada 10-15 milyon barrel azala bilər

İqtisadiyyat | 14:36 • 9 Aprel 2020
Qlobal neft tədarükü sutkada 10-15 milyon barrel azala bilər

OPEC və tərəfdaşları qlobal neft hasilatının ciddi şəkildə azaldılması barədə qərar qəbul edə bilər.

Bu sözləri Küveytin Neft naziri Xalid Əli Məhəmməd əl-Fadil "OPEC+” nazirlərinin bu gün keçiriləcək videokonfransı ərəfəsində deyib. Onun sözlərinə görə, əsas müzakirə mövzusu neft hasilatının gündəlik 10-15 milyon barrel azaldılması olacaq. Nazir qeyd edib ki, hazırda qarşıda duran məqsəd neftin qiymətinin kəskin ucuzlaşmasının qarşısını almaq və enerji bazarında tarazlığı yenidən bərpa etməkdir. "OPEC+” çərçivəsində aparılan görüşlə yanaşı, hazırda ABŞ kimi iri hasilatçı ölkələrlə də danışıqlar aparılır.

Qeyd edək ki, "OPEC+” üzrə neft hasilatının azaldılması ilə bağlı saziş martın 31-də başa çatıb. Buna Səudiyyə Ərəbistanı və Rusiya arasında fikir ayrılığı səbəb olub. OPEC ölkələrinin hasilatı artırması və koronavirusun yayılması nəticəsində neftin qiyməti kəskin ucuzlaşıb.

Rubrikanın digər xəbərləri

Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:16 • 15 Aprel 2024
Azərbaycan neftinin qiyməti 93 dollara
Azərbaycan neftinin qiyməti 93 dollara ÇATDI
10:47 • 12 Aprel 2024
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
11:30 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
10:35 • 11 Aprel 2024
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
11:00 • 10 Aprel 2024

Xəbər lenti