Xəzər Xəbər

Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

İqtisadiyyat | 17:57 • 29 Mart 2020
Bibiheybət yolunda hərəkət müvəqqəti məhdudlaşdırılır

Aparılan tikinti-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən xezerxeber.az-a verilən xəbərə görə, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə "20-ci sahə" adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə tikinti-bərpa işləri aparılan bir-neçə gün ərzində qüvvədə olacaq: "Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edirik".

Xəbər lenti