Xəzər Xəbər

Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

İqtisadiyyat | 16:20 • 27 Mart 2020
Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb

AZAL aviaşirkəti, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin gediş-gəliş qaydalarını açıqlayıb.

Aviaşirkətdən xezerxeber.az-a bildirilib ki, bu qaydalara Azərbaycan vətəndaşları qeyd-şərtsiz əməl etməlidir.

Bakıdan Naxçıvana uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:

- Bakıdan Naxçıvana yalnız Naxçıvan Muxtar Respublikasında DAİMİ YAŞAYAN sərnişinlər uça bilər;

- "AZAL" aviaşirkətinin müntəzəm reysləri HƏFTƏDƏ BİR DƏFƏ, CÜMƏ AXŞAMLARI yerinə yetiriləcək. Bakıdan uçuş vaxtı saat 13:10-da müəyyən edilmişdir;

- reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalından həyata keçiriləcəkdir. YALNIZ adlarına aviabilet əldə edən SƏRNİŞİNLƏRİN aerovağzal binasına daxil olmasına icazə verilir. Digər şəxslərin, o cümlədən müşayiət edən (qarşılayan/ yola salan) şəxslərin aerovağzal binasına girişi qadağandır;

- insanların bir yerə sıx toplaşmasının qarşısının alınması məqsədilə "AZAL"ın şəhərdəki aviabilet satış ofisləri bağlıdır, Bakıdan Naxçıvan istiqaməti üzrə reysə aviabiletləri "AZAL" AVİAŞİRKƏTİNİN SAYTINDAN əldə edə bilərsiniz (www.azal.az);

- AVİAŞİRKƏTƏ MƏXSUS SATIŞ OFİSLƏRİNDƏN əldə olunan aviabiletlər YALNIZ HƏFTƏNİN CÜMƏ AXŞAMLARI günləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının satış kassasında geri qaytarıla və dəyişdirilə bilər;

- "AZAL" aviaşirkətinin rəsmi saytından əldə olunan AVİABİLETLƏRİN GERİ QAYTARILMASI VƏ YA DƏYİŞDİRİLMƏSİ ilə bağlı suallarınız üçüncallcenter@azal.azelektron poçt vasitəsilə DƏSTƏK XİDMƏTİNƏ müraciət edə bilərsiniz;

Naxçıvandan Bakıya uçmalı olan Azərbaycan vətəndaşları üçün qaydalar:

- Naxçıvandan Bakıya yalnız Bakıda və ölkənin digər bölgələrində daimi yaşayan sərnişinlər uça bilər. Naxçıvandan uçuş vaxtı 15:30-da müəyyən edilib.

- Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan vətəndaşlarının Bakıya uçub gəlmələri QADAĞANDIR;

- xarici vətəndaşlar üçün Naxçıvandan Bakıya uçub getmək QADAĞANDIR;

- Bakıya gələn bütün sərnişinlər mütləq qaydada KARANTİNƏ YERLƏŞDİRİLİR.

"AZAL" aviaşirkəti bir daha vətəndaşları kəskin ehtiyac olmadan evlərindən çıxmamağa və hava yolu ilə səyahətlərdən çəkinməyə çağırır. Aviaşirkət dünyanın əksər ölkələrinin qarşılaşdığı hazırkı fövqəladə vəziyyətdə daha təmkinli olmağı və görülən tədbirlərə anlayışla yanaşmağı xahiş edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti