Xəzər Xəbər

Azərbaycanın neftdən əldə etdiyi gəlir artıb

İqtisadiyyat | 13:34 • 27 Mart 2020
Azərbaycanın neftdən əldə etdiyi gəlir artıb

Bu ilin yanvar ayında Azərbaycan 2,62 mln. tondan artıq neft ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədən ixrac edilən neftin dəyəri 1,21 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 3% artıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.

Xəbər lenti