Xəzər Xəbər

Vüqar Gülməmmədov: Azərbaycan hökuməti risklərə hazırdır

İqtisadiyyat | 15:51 • 11 Mart 2020
Vüqar Gülməmmədov: Azərbaycan hökuməti risklərə hazırdır

Hesablama Palatası büdcə layihəsinə rəy verəndə büdcə dayanıqlılığı ilə bağlı mümkün riskləri də göstərib. Bu risklər daim var. Əsas məsələ bu risklərin hökumət tərəfindən səmərəli idarə edilməsi, qabaqlayıcı tədbirlərin görülməsidir. Hesab edirik ki, Azərbaycan hökuməti buna hazırdır.


Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov neft qiymətindəki kəskin azalmanın büdcə dayanıqlılığına təsirləri ilə bağlı sualı cavablandırarkən deyib.


"Qiymətlərin də uzun müddət aşağı səviyyədə qalacağını düşünmürük. Hesablama Palatası strateji inkişaf proqramına uyğun fəaliyyət göstərir. Bütün fəaliyyətimiz dövründə dövlət vəsaitləri üzərində səmərəli nəzarətin qurulması önəm daşıyan məsələdir. Palatanın fəaliyyəti də bunun üzərində qurulub”, - deyə o bildirib.

Xəbər lenti