Xəzər Xəbər

Əmanətlərin tam sığortalanması müddəti bu il dekabrın 4-dək uzadılır

İqtisadiyyat | 18:28 • 10 Mart 2020
Əmanətlərin tam sığortalanması müddəti bu il dekabrın 4-dək uzadılır

Əmanətlərin tam sığortalanması müddətinin bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur.


Xezerxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olmuş "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.


Qeyd edək ki, "Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb.


Xatırladaq ki, 2016-cı il martın 4-dək Əmanətlərin Sığorta Fonduna üzv banklarda qəbul edilən 30 min manatadək əmanətlər sığortalanıb və tam kompensasiya olunub. 4 mart 2016-cı ildə "Əmanətlərin tam sığortalanması haqqında” qanun qüvvəyə mindikdən sonra banklarda qəbul edilən tam sığortalanmasına (əmanətlərin illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla) başlanıb. Beləliklə, qanuna əsasən, 4 Mart 2016-cı il - 4 Mart 2019-cu il tarixlərində yerləşdirilmiş əmanətlər müddəti bitənədək tam sığortalı olub. Bu müddət bu il martın 4-dək uzadılıb. Xatırladaq ki, qanuna əsasən, sığorta olunmuş əmanətlər bank müflis olduğu halda kompensasiya edilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti