Xəzər Xəbər

Bakıda daha bir marşrutun hərəkət xətti dəyişdirildi

İqtisadiyyat | 10:55 • 7 Mart 2020
Bakıda daha bir marşrutun hərəkət xətti dəyişdirildi

Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.


Bakı Nəqliyyat Agentliyindən (BNA) xezerxeber.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.

Xəbər lenti