Xəzər Xəbər

Kölgə dövriyyəsinin ağarması sürətlənib - Nazir

İqtisadiyyat | 17:26 • 11 Fevral 2020
Kölgə dövriyyəsinin ağarması sürətlənib -

"Təhlillər göstərir ki, kölgə dövriyyəsinin ağarması sürətlənib”.


Bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda Bakıda keçirilən konfransda çıxış edərkən bildirib.


"Bizim münasibətlərin şəffaflaşdırılmasından geriyə yolumuz yoxdur. Bu, ticarət, əməliyyat sənədləri, əmək müqavilələri sayında biruzə verir”, - deyə nazir bildirib.


Onun sözlərinə görə, aktiv ƏDV ödəyicilərinin sayı 37,5% artıb: "Ötən il səyyar vergi yoxlamaları 44% azalıb, aktiv vergi ödəyicilərinin hər 1 000 nəfərindən sadəcə ikisində vergi yoxlaması aparılıb. Vergi daxilolmalarının 91%-i könüllü, cəmi 9%-i müxtəlif nəzarət tədbirləri hesabına təmin edilib".

Xəbər lenti