Xəzər Xəbər

Bu qurumlar avtomobillərini satır Qiymət

İqtisadiyyat | 14:45 • 9 Fevral 2020
Bu qurumlar avtomobillərini satır

Üç böyük dövlət qurumu balansında olan istifadəsiz avtomobilləri hərraca çıxarır.

XəzərXəbər xəbər verir ki, 3 mart tarixində keçiriləcək hərraca Hesablama Palatası 4, Baş Prokurorluq 7, Ədliyyə Nazirliyi isə 10 avtomobil təqdim edib.

Hesablama Palatasının hərraca çıxardığı avtomobillər "Nissan” markalıdır və qiymətləri 6300-9000 manat arasında dəyişir.

Baş Prokurorluq isə hərraca müxtəlif markalı avtomobillər təqdim edib. Prokurorluğun ən yüksək qiymətə hərraca çıxardığı avtomobil "Volksvagen Passat” avtomobilidir və qiyməti 9000 manatdır.

Budəfəki hərraca ən münasib qiymətə avtomobilləri Ədliyyə Nazirliyi təqdim edib. Nazirliyin auksiona təqdim etdiyi ən bahalı avtomobilin - "Nissan Sanni”nin qiyməti 6500 manatdır.

Xəbər lenti