Xəzər Xəbər

Güclü külək Bakıda qaz xəttini zədələyib - FOTO

İqtisadiyyat | 09:42 • 7 Fevral 2020
Güclü külək Bakıda qaz xəttini zədələyib -

Fevralın 6-da gecə saatlarında əsən güclü külək Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni yaşayış massivində vətəndaşa məxsus hasarı aşırıb.


Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, bu zaman ərazidən keçən 100 mm diametrində olan qaz xəttinin 13 metrlik hissəsi də hasarın altında qalaraq zədələnib. Bir ədəd qaz sayğacının giriş hissəsi yararsız hala düşüb.


"Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşlarının səyi nəticəsində qaz sızmasının qarşısı alınıb. Hasarı uçan sakindən başqa digər abonentlərin qaz təchizatında hər hansı məhdudiyyət yoxdur.


Xəbər lenti