Xəzər Xəbər

Çin 75 milyard dollarlıq ABŞ məhsulunun əlavə tariflərini yarıbayarı azaldır

İqtisadiyyat | 09:31 • 6 Fevral 2020
Çin 75 milyard dollarlıq ABŞ məhsulunun əlavə tariflərini yarıbayarı azaldır

Çin hökuməti ABŞ-dan idxal olunan 75 milyard dollarlıq məhsula tətbiq olunan əlavə gömrük rüsumlarını yarıbayarı azaldır.


AZƏRTAC xəbər verir ki, Çin Dövlət Şurasının (Nazirlər Kabineti) Gömrük Tarifləri Komissiyasının bu barədə qərarı fevralın 14-dən qüvvəyə minəcək. Məqsəd iki ölkə arasında iqtisadi-ticari münasibətlərin sağlam və davamlı inkişafını təşviq etməkdir.


Qeyd etmək lazımdır ki, ABŞ və Çin arasında iki ilə yaxın müddətdə davam etmiş ticarət mübahisələri yanvarın 15-də Vaşinqtonda ticarət sazişinin birinci mərhələsinə dair sənədin imzalanması ilə səngiyib. Tərəflər digərindən idxal etdiyi məhsullara tətbiq olunan əlavə tarifləri tədricən aradan qaldıracaqlarını bəyan ediblər.


Xəbər lenti