Xəzər Xəbər

ABŞ iqtisadiyyatı 2019-cu ildə 2,3 faiz artıb

İqtisadiyyat | 13:10 • 3 Fevral 2020
ABŞ iqtisadiyyatı 2019-cu ildə 2,3 faiz artıb

2019-cu ilin son 3 ayı ərzində ABŞ iqtisadiyyatının artımı 2,1 faiz, bütün il üzrə isə 2,3 faiz təşkil edib. Ölkənin Ticarət Nazirliyinin bəyanatına görə, bu, son 3 il ərzində iqtisadi inkişafın ən aşağı artım sürətidir.


Prezident Donald Tramp administrasiyasının proqnozlarına görə, xüsusən Konqresin 2017-ci ildə həyata keçirdiyi irimiqyaslı vergi islahatlarından sonra illik artım 3 faiz təşkil etməli idi. ÜDM 2018-ci ildə 2,9 faiz və Trampın Prezidentliyinin birinci ilində 2,4 faiz artıb.


"Real ÜDM-in dördüncü rübdə artımı xərclərdən şəxsi sərfetmələrə müsbət əmanətləri, federal hökumətin xərclərini, ştatların və yerli hakimiyyət orqanlarının xərclərini, əsas kapitala və ixracata qoyulan investisiyaları özündə əks etdirir”, - deyə Ticarət Nazirliyinin bəyanatında qeyd olunur.


Bəyanatda, həmçinin bildirilir ki, müəssisələrin investisiyaları və istehsalı azaltmasına baxmayaraq, istehlak xərcləri on birinci ildir ardıcıl olaraq artır. Dövlət xərcləri dördüncü rübdə 2,7 faiz artıb. Buraya xüsusilə hərbi texnika xərcləri, o cümlədən hərbi gəmilər, təyyarələr və raket sistemlərinə sərf olunan xərclər daxildir. (AZƏRTAC)

Xəbər lenti