Xəzər Xəbər

Bakının inkişafına ötən il 10 mlrd. manatdan çox vəsait yönəldilib

İqtisadiyyat | 10:51 • 3 Fevral 2020
Bakının inkişafına ötən il 10 mlrd. manatdan çox vəsait yönəldilib

Ötən il şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 214,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3% az vəsait yönəldilib.

Bakı Statistika İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 47,6%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

Məlumata əsasən, 2019-cu ilin 2019-cu ildə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 68,2%-i tikinti, yenidənqurma və genişləndirmə, 7,9%-i əsaslı təmir, 4,7%-i cari təmir, 19,2%-i isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 81,2%-i qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.

Ötən il Bakı üzrə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin dəyəri:

Cəmi, min manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Bakı şəhəri – cəmi

7 347 825,1

110,8

o cümlədən rayonlar:

Binəqədi

788 189,4

125,6

Xətai

954 857,6

92,3

Xəzər

26 781,5

31,3

Qaradağ

377 456,7

130,0

Nərimanov

909 801,0

110,8

Nəsimi

1 611 570,8

104,1

Nizami

239 466,0

65,8

Sabunçu

649 608,5

4,4 d.

Səbail

793 036,2

113,6

Suraxanı

174 041,9

127,9

Yasamal

823 015,5

93,5

Xəbər lenti