Xəzər Xəbər

Azərbaycanla Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması üçün platforma işə salınacaq

İqtisadiyyat | 16:28 • 29 Yanvar 2020
Azərbaycanla Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması üçün platforma işə salınacaq

Bu il ərzində Azərbaycanla Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması üçün real platforma işə salınacaq.


Bu barədə xezerxeber.az-a Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.


Qurumdan bildirilib ki, iki ölkə arasında sözügedən imkanı yaratmaq məqsədilə hazırda bu istiqamətdə müvafiq işlər aparılır.


Nazirliyin Məlumat Hesablama Mərkəzi (MHM) bununla bağlı Türkiyənin bir sıra dövlət qurumu ilə mexanizmləri müzakirə edib. Elektron imza sisteminin qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında gömrük sahəsində bütün sənədlərin elektron formada imzalanaraq göndərilməsini mümkün edəcək. Bu da keçid məntəqələrində növbələrin azalmasına, sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılmasına, vətəndaş-məmur təmasının minimuma endirilməsinə imkan verəcək.


Qeyd edək ki, hazırda Türkiyə ilə paralel olaraq Avropa ölkələri ilə elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparılır.

Xəbər lenti