Xəzər Xəbər

Kür çayında batan şəxsin axtarışlarına dalğıc-axtarış qrupu cəlb edilib

İqtisadiyyat | 14:07 • 29 Yanvar 2020
Kür çayında batan şəxsin axtarışlarına dalğıc-axtarış qrupu cəlb edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində Kür çayına düşdüyü ehtimal olunan 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına kömək göstərilməsi üçün müraciət daxil olub.


FHN-dən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb edilib. Əlavə məlumat veriləcək.

Xəbər lenti