Xəzər Xəbər

Birləşmiş Ştatların gündəlik neft istehsalı 13 milyon barreldir

İqtisadiyyat | 11:24 • 24 Yanvar 2020
Birləşmiş Ştatların gündəlik neft istehsalı 13 milyon barreldir

ABŞ-ın sutkalıq xam neft hasilatı dəyişməyib.


Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı dəyişməyərək gündəlik orta hesabla 13 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.


Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 120 min barrel azalaraq gündəlik 6,43 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 67 min barrel geriləyərək sutkada 3,41 milyon barrel təşkil edib.


EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 13,3 milyon barrel olacaq.

Xəbər lenti

Çox oxunanlar